Mingəçevir Şəhər sakini Abbasov Zamir İqbal oğlu həbs edildi.
Müstəqil.Az-ın əldə etdiyi matreala görə Z.Abbasov çalışdığı kommersiya subyektində öz səlahiyyətlərindən sui-istifadə edərək, müxtəlif vətəndaşları aldadıb və onların etibarından sui-istifadə etməklə külli miqdarda pulu qanunsuz olaraq ələ keçirib mənimsəmişdir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalara başlanılıb və nəticədə adıçəkilən şəxs barəsində cinayət işi başlanılıb təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.
İlkin istintaq materiallarına əsasən, Zamir Abbasov çalışdığı şirkətdə satış təmsilçisi kimi fəaliyyət göstərib, işdən kənərlaşdırıldıqdan sonra da bir sıra şəxsləri aldadaraq, ona etibar edilən külli miqdarda pulu dələduzluq yolu ilə mənimsəmişdir.
Hazırda istintaq tədbirləri davam etdirilir və təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Müstəqil.Az