​Sosial sahədə fəal iştirak etmək istəyən tələbələr məlumatlandırılıb

​Sosial sahədə fəal iştirak etmək istəyən tələbələr məlumatlandırılıb
10:49 12.06.2025
72 Layihə
A- A+

İyun ayının 11-də “Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial siyasətdə ictimai təşəbbüslər” layihəsi çərçivəsində Yasamal rayonunda Azərbaycan Texniki Universitetinin nəzdində, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecində tədbir keçirib. Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran Əliməmmədova, layihənin eksperti Gövhər Quliyeva, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elşad Mirbəşirli, Yasamal Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Xəqani Orucov, Yasamal Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Cavid Şıxcəfərli, Azərbaycan Texniki Universitetinin nəzdində, Bakı Dövlət Rabitə və Nəqliyyat kolecinin direktor müavini Şahmurad Məmmədov, kollecin tələbələri iştirak edib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, öncə iştirak edən qonaqları və tələbələri salamlayıb. Layihənin əsas məqsədi və layihədə nəzərdə tutulan tətbirlər barəsində məlumat verib. İB-in sədri Hicran xanım sözü Azərbaycan Texniki Universitetinin nəzdində, Bakı Dövlət Rabitə və Nəqliyyat kolecinin direktor müavini Şahmurad Məmmədova verib. O, mövzu üzrə tələbələrə ölkənin sosial xidmət sahəsində mövcud olan problemlər, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi və məşğulluq ilə bağlı məlumat verib: "İşsizlik hər bir ölkə üçün xas olan problemdir. Məlum olduğu kimi, Azərbaycan hökümətinin prioritet hesab etdiyi sahələrdən biri də, sosial sahədir. Bu istiqamətdə müəyyən qanunlar qəbul olunur, dəstək layihələri həyata keçirilir. Bundan sonra biz hesab edirik ki, bu istiqamətdə atdımlar atılacaq və çox böyük diqqət göstəriləcək. Gənclərə bu rahat ölkədə yaşamağımızın səbəbi vətən uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə öz minnətdarlığımızı bildiririk. Bu günkü müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizdə, rahat, azad, demokratik, bir ölkədə yaşamağımızın səbəbi Cənab Prezident İlham Əliyevin apardığı siyasətdir və eyni zamanda belə bir layihələrin keçirilməsini yüksək qiymətləndirib".

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elşad Mirbəşirli çıxış edərək, tələbələrə sosial siyasətdə ictimai təşəbbüslər layihə barəsində məlumat verib və bildirib ki, Sosial iqtisadi sahədə bu, bizə əlavə imkanlar yaradır ki, sosial rifahı bizim üçün ən prioritet məsələdir. Bu sosial sahədə gəncləri maarifləndirmə işləri aparmaq, işsiz qalan səxslərin qarşısını almaqdır, işsiz və işsizlikdən əziyyət çəkən hərbir vətəndaşa göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə minnətdarlığını bilidirib. Tədbirin gedişatında çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Cavid Şıxcəfərli sosial siyasət haqqında məlumat verib: "Sosial yardımın əsas məqsədi cəmiyyətin həssas və aztəminatlı qruplarını maddi dəstək və sosial müdafiəsi üzrə təmin etməkdir. Məlum olduğu kimi, Azərbaycan hökümətinin prioritet hesab etdiyi sahələrdən biri də, sosial sahədir. Bu yöndə sosial sahədə gəncləri ehtiyacı olan vətəndaşlara xidmət göstərmək, aztəminatlı ailələrin sosial təminatını yaxşılaşdırılması və sosial müdafiə tədbirləri ilə əhatə olunmasıdır. Məlum olduğu kimi, Azərbaycan hökümətinin prioritet hesab etdiyi sahələrdən biri də, sosial sahədir. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə özünəməşğulluq proqramı mühüm sosial-iqtisadi üçün əhəmiyyət daşıyır. Bu məqsədlə aztəminatlı ailələr üçün geniş sosial yardım və məşğulluq proqramları həyata keçirilir".

Daha sonra layihə haqqında məlumat vermək üçün layihənin eksperti Gövhər Quliyevaya söz verilib. O, layihənin həyata keçirilməsinin əsas məqsədi, sosial sahədə fəal iştirak etmək istəyən tələbələri geniş məlumatlandırıb. Hökümətin həyata keçirdiyi sosial siyasətdə, ictimai rolun artırılmasından ibarətdir. Gənclər könüllü olaraq daha geniş miqyasda təbliğatını aparmaq, gənclər cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdən ibarətdir. Tədbirin sonunda mövzu ətrafında tələbələri maraqlandıran sualları cavablandırılıb. Kollecdə təhsil alan tələbələrimizə gələcək işlərində uğurlar arzulayıb, iştirak edən qonaq və tələbələr ilə xatirə şəkilin çəkiliməsilə yekunlaşıb. Tələbələrə tədbirin əvvəlində dəftərxana ləvazimatları paylanılıb.
Qeyd edək ki, layihənin məqsədi sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi sahədə problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.