Ermənistan Milli Statistika Komitəsi bildirib ki, 2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. Onlardan 3-nün azərbaycanlı olduğu açıqlanıb.
Maraqlıdır, bu il Ermənistana səfər edən azərbaycanlılar kimlərdir?
Nezarettv.Az xəbər verir ki, 2022-ci ilin fevral ayında Azərbaycan Milli Məclisinin deputatları Ermənistanın paytaxtı İrəvana səfər ediblər. Həmin deputatlar Tahir Mirkişili və Soltan Məmmədovdur. Onlar İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak ediblər.

