Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində yeni təyinatlar olub.
Nezarettv.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Elnur Qasımov Göygöl rayonu, Xəyal Məmmədov Goranboy-Naftalan rayonları, Elmir Cəfərov isə Daşkəsən rayonu üzrə təhsil sektoruna müdir vəzifəsinə təyin ediliblər.

