​Xocalı qatili olan erməni general öldü

​Xocalı qatili olan erməni general
09:45 13.08.2022
314 Ölkə
A- A+

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

Nezarettv.Az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Seyran Saroyan 1990-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrində alay, briqada, 2-ci və 4-cü ordu korpusunun komandiri olub.

2000-ci ildə Saroyana general-mayor rütbəsi verilib. 2007-ci il mayın 12-də Milli Məclisə deputat seçilib. 2018-ci ildə Respublikaçılar Partiyasından ayrılaraq siyasətdən gedib. (Apa)