​Milli Məclisin sədri Türkiyə xalqına başsağlığı verib

​Milli Məclisin sədri Türkiyə xalqına
13:15 21.08.2022
291 Siyasət
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

Nezarettv.Az xəbər verir ki, Sahibə Qafarova bu barədə "Tvitter" hesabında yazıb.

“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”, - Milli Məclisin sədri qeyd edib.