​Uçuş zamanı pilotlar dava etdi - Təyyarədə ŞOK

​Uçuş zamanı pilotlar dava etdi -
15:47 29.08.2022
360 Ölkə
A- A+
Təyyarədə pilotlar arasında dava olub.
 
Nezarettv.Az xəbər verir ki, "Air France” şirkəti təyyarədə dava edən iki pilotunu işdən uzaqlaşdırıb. Fransanın mülki aviasiya təhlükəsizliyinin təhqiqat bürosu  Air France-ın uçuşlarında problemlərin olduğunu göstərən hesabat dərc edərək şirkətə xəbərdarlıq edib.
 
Paris-Cenevrə reysi ilə uçan Airbus A320 təyyarəsi havaya qalxdıqdan az sonra pilotlardan biri səhvən digərinə çırpılıb. Nəticədə iki pilotun mübahisəsi davaya çevrilib və bir-birlərini vurmağa başlayıblar.
 
Təyyarənin ekipaj üzvlərindən biri pilotları ayırıb.