​Ukrayna ordusu Rusiyaya məxsus silah anbarını məhv edib

​Ukrayna ordusu Rusiyaya məxsus silah anbarını
09:00 12.09.2022
254 Siyasət
A- A+

Ukrayna silahlı qüvvələri son sutka ərzində ölkənin cənubunda Rusiyaya məxsus çox sayda texnikanı məhv edib.

Nezarettv.Az bildirir ki, bu barədə Cənub Operativ Komandanlığı məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində Ukrayna hərbi aviasiyası cənub istiqamətində 3 zərbə həyata keçirib. Artilleriya 270 döyüş tapşırığı icra edib.

Hərbi əməliyyatlar zamanı 2 silah anbarı, 1 radioelektron mübarizə stansiyası, 4 tank, 4 zirehli texnika, 3 özüyeriyən artilleriya qurğusu məhv edilib, qırxdan çox hərbçi zərərsizləşdirilib.