“Orqanik istehsal haqqında” yeni qanun layihəsi hazırlanıb.
Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib.
T.Rzayev qeyd edib ki, yeni layihə rəhbəri olduğu komitə tərəfindən hazırlanıb.
Sentyabrın 16-da Aqrar siyasət komitəsində qanun layihəsi ilk dəfə müzakirəyə çıxarılacaq.
