​Fuad Oqtay Azərbaycan xalqına başsağlığı verdi

​Fuad Oqtay Azərbaycan xalqına
20:00 13.09.2022
253 Siyasət
A- A+

Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oqtay sentyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Bu barədə SÜLH.İNFO.az-a Nazirlər Kabinetinə istinadən xəbər verir.

Türkiyənin Vitse-prezidenti Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı ölkəmizə dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib.

F.Oqtay Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Ə.Əsədova və Azərbaycan xalqına başsağlığı verib.

Baş nazir başsağlığına görə Türkiyənin Vitse-prezidentinə minnətdarlığını bildirib, Azərbaycanın hər zaman Türkiyənin qardaşlıq dəstəyini hiss etdiyini vurğulayıb. Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığı diqqətə çatdırılıb.