İran Prezidenti İbrahim Rəisi ölkəsində baş verən etiraz aksiyalarından danışıb.
Nezarettv.Az xəbər verir ki, Rəisi bildirib ki, baş verənlər düşmənlərin yaratdığı xaosdur:
"Düşmənlər xaos yaratmaq istəyir. Ölkənin, insanların təhlükəsizliyi və rahatlığının pozulmasına icazə verməyəcəyik"
Qeyd edək ki, 22 yaşlı Məhsa Əmini hicabı düzgün taxmadığı üçün "Əxlaq" polisi tərəfindən öldürülüb.
