​Yevlaxda 25 yaşlı gənc itkin düşüb

​Yevlaxda 25 yaşlı gənc itkin
10:48 28.09.2022
299 Hadisə
A- A+

Yevlaxda 25 yaşlı gənc itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, Abbas Əliyev ötən gün Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək oğlu, 1997-ci il təvəllüdlü Elvin Əliyevin itkin düşdüyünü bildirib.

O qeyd edib ki, oğlu sentyabrın 26-da saat 15 radələrində yaşadığı Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən evindən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.