​Ermənistanda əcnəbi məhkumlar arasında azərbaycanlı da var? - AÇIQLAMA

​Ermənistanda əcnəbi məhkumlar arasında azərbaycanlı da var?
11:10 05.10.2022
290 Ölkə
A- A+

Ermənistanın penitensiar müəssisələrində 135 əcnəbi məhkum var.

Bu barədə “Sputnik Ermənistan”a penitensiar xidmətdən bildirilib.


Qeyd edilib ki, əcnəbi məhkumlar aşağıdakı ölkələri təmsil edir:

Rusiya, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Suriya, İsrail, İran, Livan, Moldova, Türkiyə, ABŞ, Fransa, Almaniya, Yunanıstan, Hindistan, Peru, Kuba, Braziliya, Qambiya, Qvatemala, Şimali Makedoniya və Dominik respublikası. Məhkum olunan əcnəbilər arasında ikili vətəndaşlığı olanlar da var - Gürcüstan və Rusiya Federasiyası, Türkiyə və Gürcüstan, Bolqarıstan və Rusiya Federasiyası, Livan və Venesuela vətəndaşlığı daşıyanlar.


Qeyd edilib ki, hazırda Ermənistan ərazisində fəaliyyət göstərən 10 penitensiar müəssisədə (cəzaçəkmə müəssisələrində) ümumilikdə 2300 nəfər saxlanılır.

 

Ədliyyə Nazirliyi xatırladıb ki, 2022-ci il yanvarın 1-dən iki həbsxana bağlanıb - Koş kəndində və Razdan şəhərində.