“Biz uzun illər klip çəkilişlərində, konsertlərdə birgə işləmişik. Çox gözəl əhval-ruhiyyəli insan idi”.
Nezarettv.Az xəbər verir ki, bu sözləri modelyer Leyla Əhmədova bu yaxınlarda dünyasını dəyişən müğənni barədə saytımıza danışarkən qeyd edib:
“Bu yaxınlarda müğənni Rəhim Rəhimli dünyasını dəyişdi. Biz uzun illər onunla klip çəkilişlərində, konsertlərdə birgə işləmişik. Bir dəfə mən Rəhimə pencək bağışlamışdım, geyinmişdi. Çox gözəl əhval-ruhiyyəli insan idi. O, daima bizim ürəyimizdə yaşayır, yalnız ulduzlara qovuşub. Rəhim stereotiplərə çox yollar açıb, dəyişikliklər edib, yeniliklər gətirib. O, novator idi”.

Fidan Ali / Nezarettv.Az
