​Güney Azərbaycanda nümayişlərə çağırış edilib

​Güney Azərbaycanda nümayişlərə
11:28 02.11.2022
238 Dünya
A- A+

Noyabrın 1-dən başlayaraq Güney Azərbaycan şəhərlərində minlərlə afişa və vərəqələr yayılaraq etiraz nümayişlərinə çağırış edilib.

"Azərbaycanın böyük qiyamına və şərəf inqilabına hazırlıq" başlığı altında yayılan çağırışlarda noyabrın 3-də Tehran və Kərəc şəhərləri də daxil olmaqla kütləvi nümayişlərin keçirilməsinə çağırılıb.

Nümayişlərdə "Azadlıq, Ədalət, Milli hökumət", "Azərbaycan qızları, azadlıq ulduzları", "Azərbaycan diyarımız, demokrasi şüarımız" kimi şüarların səsləndirilməsi tövsiyə edilib.

Çağırışda azərbaycanlılardan, özəlliklə gənclərdən qeyd olunan tarixdə şəhərlərin mərkəzi küçə və meydanlarına toplaşmaları istənilib.

Mənbə: Azad İran