​“Qarabağın “status”u məsələsi gələcək nəsillərə qaldı” - Paşinyan

​“Qarabağın “status”u məsələsi gələcək nəsillərə qaldı” -
11:48 02.11.2022
300 Siyasət
A- A+

“Qarabağın “status”u məsələsi gələcək nəsillərə qaldı”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bəyan edib ki, Rusiya tərəfi Qarabağın “status”u məsələsini gələcəyə buraxmağı təklif edib və Ermənistan bununla razılaşıb.

Paşinyan Soçidə Putin və Əliyevlə görüşündə Rusiya sülhməramlılarının mandatının qeyri-müəyyən müddətə uzadılmasını təklif edib.

“Qarabağın statusu məsələsində Rusiyanın mövqeyi Ermənistan hakimiyyətinin yanaşmasına tam və 100% uyğundur”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, ondan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də jurnalistlərə açıqlamasında Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini gələcəyə təxirə salmağın daha düzgün olacağını deyib.

Mənbə: Newsarmenia