​Prezident İlham Əliyev yeni fərman imzaladı

​Prezident İlham Əliyev yeni fərman
17:30 05.11.2022
262 Ölkə
A- A+

Prezident İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, siyahıya aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilib.

“5-1. Məcəllənin 179-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.”.