Hazırda Ukraynadakı münaqişə bölgəsində 80 minə yaxın Rusiya vətəndaşı var ki, bunlardan 50 mini əməliyyatlarda iştirak edir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Tver vilayətinə səfəri zamanı regionun qubernatoru İqor Rudenya ilə görüşündə deyib.
O bildirib ki, digər 30 min insan hazırda təlim poliqonlarındadır.