​Cici Hadid İlon Maska etirazını belə bildirdi

​Cici Hadid İlon Maska etirazını
19:50 07.11.2022
254 Dünya
A- A+

Məşhur model Cici Hadid "Tvitter" hesabını silib.

Model bunu platformadakı son dəyişikliklərə görə etdiyini vurğulayıb. Cicinin narazılığına səbəb tviterin yeni rəhbəri - "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Maskın hərəkətləri olub.

"Tviter getdikcə daha çox nifrət və fanatizmlə dolu bir çuxura çevrilir. Platforma ilə heç bir əlaqəmin olmasını istəmirəm" deyə, C.Hadid yazıb. O, sosial şəbəkənin artıq təhlükəsiz yer olmadığını və platformanın yaxşıdan çox zərərlərinin olduğunu bildirib.

Qeydb edək ki, Mask platformanı rəsmi şəkildə alandan sonra mavi işarədən tutmuş çalışanların işdən çıxaılmasına qədər bir çox qəbul etdiyi yeni qərarlara görə tənqid olunub.

Bir müddət əvvəl keçmiş sevgilisi, aktrisa Ember Hördün də sosial şəbəkədə hesabının olmaması diqqət çəkib.

Mənbə: Axşam.az