​Naxçıvanda məktəbli özünü asıb

​Naxçıvanda məktəbli
20:05 07.11.2022
259 Hadisə
A- A+

Azərbaycanda şagird özünü asıb.

Hadisə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Muğancıq Mehrab kəndində qeydə alınıb. Burada yaşayan 12 yaşlı Q. A. özünü öldürüb.

Məlumata görə, şagird 6-cı sinifdə təhsil alırmış. Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət öncə də həmin kənddə məktəbli özünü asaraq həyatına son qoyub.

Mənbə: Lent.az