Varşavada azı 114 sovet əsgərinin qalıqları tapılıb.
Qalıqlar dəmiryolu tikintisi zamanı meydana çıxıb. Qalıqlara tikintidə işləyən işçilər rast gəlib və ərazidə işlər dayandırılıb.
Tapıntı ilə bağlı ölkənin müvafiq orqanlarına məlumat verilib.
Polşanın Milli Xatirə İnstitutundan verilən məlumata görə, eksqumasiyadan sonra qalıqlar tabutlara qoyulacaq. Sonra sovet əsgərlərinin qəbiristanlığının yerləşdiyi "Białobrzegi" qəbiristanlığında basdırılacaq.