"Facebook"da bu həftə ərzində kütləvi ixtisarlar ola bilər.
"Facebook"un sahibi olan "Meta"nın planlı ixtisarlara və işdən çıxarmalara başlayacağı gözlənilir. Səbəb kimi, şirkətin səhmlərinin 70 faiz ucuzlaşması göstərilir.
Sosial media nəhəngi "Facebook"un top şirkəti Meta-nın bu həftə çərşənbə günü kütləvi ixtisar edəcəyi gözlənilir.
Məlumata görə, bu, "Facebook"un tarixindən ilk belə ixtisar olacaq. İxtisarlar nəticəsində şirkət xərclərinin 10% azalacağı qeyd edilir.