Rusiya nəzarətində olan Xerson əyalətinin təxminən 80 faizə yaxın əhalisi şəhəri tərk edib.
Bu barədə “Ukinform” məlumat yayıb. Məlumatda bildirilir ki, əhalinin 80 faizi gedib və indi şəhərdə 60-70 min insan yaşayır.
Müharibədən əvvəl isə Xersonda 320 min sakin yaşayırdı. Hal-hazırda bölgədə ağır humanitar vəziyyətin olduğu qeyd edilib.