​ÜST-dən COVİD-19 açıqlaması: Ölüm sayı arta bilər

​ÜST-dən COVİD-19 açıqlaması:
21:50 07.11.2022
A- A+

"Koronavirusu mövsümi xəstəlik hesab edə bilmərik. Çünki, o, hələ də pandemiya olaraq qalır".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç deyib. Onun sözlərinə görə, insanların koronavirusun yüngül xəstəliyə çevrildiyini düşünməsi doğru deyil:

"Pandemiyanın kəskin dövründə olmasaq da, virus hələ də çox sayda insanın yoluxmasına səbəb olur. Pandemiya təhlükəsini unutmaq olmaz. Əks halda ölüm sayı daha da arta bilər".