​Türkiyə XİN Azərbaycan xalqını təbrik edib

​Türkiyə XİN Azərbaycan xalqını
10:45 08.11.2022
274 Siyasət
A- A+

Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bununla bağlı məlumatı Türkiyə XİN yayıb. Məlumatda deyilir:

"İşğal altında qalmış ərazilərini qəhrəman mübarizə ilə azad edən qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi qələbəsi həm də bütün regionda davamlı sülh və əmin-amanlığın yaranmasında mühüm rol oynayıb.

Türkiyə işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası da daxil olmaqla bütün Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycanla tam həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək".