​Tramp noyabrın 15-də "vacib bəyanat"la çıxış edəcək

​Tramp noyabrın 15-də
11:15 08.11.2022
269 Siyasət
A- A+

Keçmiş ABŞ prezidenti Donald Tramp noyabrın 15-də Florida ştatındakı iqamətgahında “vacib bəyanat”la çıxış edəcək.

O, bu barədə Ohayo ştatında öz tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Onun fikrincə, Respublikaçılar Partiyasının ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu qazana biləcəyi 8 noyabr tarixli aralıq seçkilər ABŞ-ı xilas edəcək.

Qeyd edək ki, bundan öncə CNN məlumat yaymışdı ki, Tramp Odayo ştatında keçirilən mitinqdə 2024-cü il prezident seçkilərində iştirak edəcəyini elan edəcək.

Mənbə: TASS