​"Azərbaycanla bir və bərabər olmağa davam edəcəyik" - Türkiyə MN

​
11:30 08.11.2022
282 Siyasət
A- A+

Türkiyə Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə qurumun rəsmi "Tvitter" hesabında qeyd edilib:

"Qəhrəman Azərbaycanın 8 Noyabr - Zəfər Günü mübarək olsun. 2 il əvvəl qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan xilas edən, bütün dünyaya Azərbaycanın qüdrətini nümayiş etdirən qardaşlarımızla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik. Qardaşlığın Zəfəri".