​"Qarabağ zəfəri türk dünyasının nüfuzunu artırıb" - Türkiyə PA

​
12:30 08.11.2022
217 Siyasət
A- A+

"Bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini qeyd edirik".

Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib:

"Əlimizdən gələni edəcəyik ki, Azərbaycan zəfərini hər il beynəlxalq aləmdə qeyd etsin. Birliyimizi gücləndirəcəyik. Bir daha qeyd edirəm ki, Bir daha deyirəm, Azərbaycan xalqı və türk dünyası Qarabağdakı erməni zülmünü unutmayıb və unutmayacaq. Qarabağ Azərbaycanın öz torpağıdır".

O həmçinin qeyd edib ki, Azərbaycanın Qarabağ zəfəri türk dünyasının nüfuzunu artırıb.