Türkiyə Millət Məclisinin sədri Mustafa Şəntop İsveçin baş naziri Ulf Kristersonla görüşüb.
Şəntop bununla bağlı özünün "Tvitter" hesabında məlumat verib.
O bildirib ki, görüşdə NATO-nun genişləndirilməindən danışılıb. Eyni zamanda görüş zamanı terrorla mübarizə sahəsində nəticələrin əldə edilməsinin vacib olduğu qeyd edilib:
"70 ildir ki, Türkiyə NATO-nun əsas 2 hərbi gücündən biridir. Bir çox Avropa ölkəsindən fərqli olaraq, Türkiyənin NATO-dakı varlığı simvolik deyil. Türkiyə Alyansa təhlükəsizlik dəstəyi verir".