"Taxıl sazişi"nin müddəti 4 aydır, tərəflərin bur etirazı olmasa, bu müddət uzadılacaq".
Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Rusiya gübrəsinin ixracı da razılığın bir hissəsidir, rusların bu tələblərin yerinə yetirilməməsi ilə bağlı narahatlıqları var:
"Cənab prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putin, Ukrayna prezidenti Volodimir Zelenski və BMT Baş katibi Antoniu Quttereşlə müzakirələri olub. Mən də BMT Baş katibi Antoni uQuttereş, ABŞ-ın dövlət katibi Entoni Blinken, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Rusiya XİN başçısı Sergey Lavrovla telefonla danışmışam. Həmçinin NATO Baş katibi Yens Stoltenberqlə də müzakirələr aparmışam".