​Azərbaycan bayrağı Zəfər Günündə Təbrizdə dalğalandırıldı

​Azərbaycan bayrağı Zəfər Günündə Təbrizdə
14:55 08.11.2022
236 Siyasət
A- A+

Güney Azərbaycanın Təbriz şəhərində Şuşanın erməni işğalından azad edilməsinin ikinci ildönümü və Zəfər Günü ilə əlaqədar Azərbaycan bayrağı dalğalandırılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, Azərbaycan bayrağı şəhər ərazisində avtomobillərin intensiv hərəkət etdiyi yolun üzərində yerləşən yerüstü piyada keçiddən asılıb.

Bundan əlavə, Güney Azərbaycanın müxtəlif bölgələrində Zəfər Günü ilə əlaqədar Azərbaycan bayrağı dalğalandırılıb.