Adi su, limon, zəncəfil və bal qarışımı ilə immuniteti gücləndirmək mümkündür.
Bunu həkim-terapevt Marqarita Koroleva deyib. Onun sözlərinə görə, bunun üçün qeyri-adi içkilərə, dərmanlara ehtiyac yoxdur:
"Su orqanizmdə bol olanda selikli qişalar qurumur, qan bədəndə yaxşı dövr edir. Bu da viruslarda orqanizmin mübarizəsi üçün yetərlidir. Suya zəncəfil, bal və limon əlavə etsəniz, immunitetiniz artar. Uşaqlar üçün gündə 1, böyüklər üçün isə 2 stəkan içmək kifayətdir".
Həkim bildirib ki, bu içki bağırsaqlara da yaxşı təsir göstərir.