​İstanbulun rəmzləri Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

​İstanbulun rəmzləri Azərbaycan Bayrağının rəngləri ilə
21:15 08.11.2022
232 Dünya
A- A+

Azərbaycanın Qarabağ zəfərinin ikinci ildönümü Türkiyədə də qeyd olunur.

Şanlı Zəfərin ikinci ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən 15 İyul - Şəhidlər körpüsü, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Zəfər Günüdür. Bu münasibətlə respublikamızda və ölkəmizdən kənarda bir sıra tədbirlər keçirilir.