​“Zara” Rusiyada fəaliyyətini bərpa edir

​“Zara” Rusiyada fəaliyyətini
23:00 08.11.2022
A- A+
 
Rusiyada fəaliyyətini dayandıran mağazalar yenidən fəaliyyətə başlayır.
 
Bununla bağlı "Inditex” şirkəti məlumat yayıb. Məlumata görə, "İnditex"in Rusiyadakı təmsilçisi "Daher" şirkətlər qrupu ölkədə öz brendləri ilə yenidən fəaliyyət göstərəcək.
 
Belə ki, "Inditex”in (Zara, Massimo Dutti, Pull & Bear, Oysho, Bershka, Stradivarius brendlərinin sahibi) Rusiya biznesini alan Daher şirkətlər qrupu ölkədə öz brendləri ilə fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, "İnditex"in Rusiyada 500-dən çox mağazası var. Şirkət mart ayında Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədar olaraq ölkədə fəaliyyətini müvəqqəti dayandırmışdı.