Amerikalı milyarder İlon Mask sosial media nəhəngi “Twitter”i aldıqdan qısa müddət sonra “Tesla”nın səhmlərinin bir hissəsini satışa çıxarıb.
Məlumata görə, 4-8 noyabr tarixlərində şirkətin 3,95 milyard ABŞ dolları dəyərində 19,5 milyon ədəd səhmi satılıb.
Bildirilir ki, noyabrın əvvəlində “Tesla” şirkətinin qiymətli kağızlarının dəyəri 227 dollardan 191 dollara düşüb. İlin əvvəlindən Mask şirkətin 19 milyard dollarlıq səhmlərini satıb.
Qeyd edək ki, oktyabrın 27-də İlon Mask 44 milyard dollara “Twitter” sosial şəbəkəsini alıb. O, bir sıra ixtisarlar edib və işçi sayını azaltmağı düşünür.