İtaliyada güclü zəlzələ olub.
Rimini şəhərinin sahillərində baş verən zəlzələnin gücü 5,7 bal olub. Bununla bağlı məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Qeyd edilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə, episentri Rimini şəhərindən 64 kilometr şərqdə olub.