​"Bu müharibə Rusiyanı zəiflədəcək" - Pentaqon

​
12:20 09.11.2022
204 Siyasət
A- A+

"Ukraynadakı müharibə başlayandan bu yana Rusiya əsas döyüş tanklarının yarısını itirib".

Bunu ABŞ Müdafiə nazirinin müavini Kolin Kal deyib. O, həmçinin qeyd edib:

"Rusiya sahib olduğu dəqiq silahların da əksəriyyətini istifadə edib. Rusiya prezidenti Putin uğursuz oldu, bu müharibə Rusiyanı zəiflədəcək".

Kal həmçinin qeyd edib ki, Rusiyanın bu müharibədəki  itkiləri SSRİ-nin Əfqanıstandakı itkilərindən qat-qat çoxdur.