​Rəşad Dağlı qonşusunu bu meyxanaya görə öldürüb - İDDİA

​Rəşad Dağlı qonşusunu bu meyxanaya görə öldürüb -
12:25 09.11.2022
383 Ölkə
A- A+

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı qonşusunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Qətlə yetirilən şəxs İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. 
 
O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb. Hadisəyə səbəb isə Rəşadın narkotiklə bağlı meyxanası olub. Belə ki, o, deyişmədə "bariqa və mal satanlar getsin öz evinə satsın" kimi sərt ifadələr işlədib.
 
Həmin meyxana da iki şəxs arasında mübahisəyə səbəb olub. İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
 
Həmçinin “Ay brat” ləqəbli meyxanaçı Mahir də TikTok-da canlı açaraq, qətlə yetirilən İsgəndər Mehdiyevin narkotik alverçisi olduğunu və Rəşadın ona etiraz etdiyini bildirilib. Onun sözlərinə görə hadisə də məhz bu səbəbdən baş verə bilər.