Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 liderlərinin sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşə bilər.
Bu barədə Türkiyənin Kənd təsərrüfatı və Meşəçilik naziri Vahid Kirişçi məlumat verib.
O qeyd edib ki, əgər iki lider arasında görüş baş tutsa, Rusiya və Ukraynadan taxıl ixracı məsələsinin müzakirə ediləcəyi gözlənilir.
Xatırladaq ki, G-20 liderlərinin sammiti noyabrın 13-14-də İndoneziyanı Bali şəhərində keçiriləcək.