Almaniya hökuməti Əlişir Usmanova məxsus "Dilbar" adlı yaxtaya əl qoyub.
Bu barədə Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti yazıb. Məlumata görə, özbək əsilli rusiyalı milyarderin yaxtasından 30 rəsm əsəri götürülüb ki, bunların ümumi dəyəri təxminən 5 milyon avro (8 milyon 554 min 463 manat) olub.
Əsərlər arasında məşhur rəssam Mark Şaqallın tablosunun da olduğu bildirilib.
Əlişir Usmanovun nümayəndələri isə verdikləri açıqlamada isə milyarderin bu aktivlərlə əlaqəsini inkar edib, yaxtanın Usmanova məxsus olmadığını bildiriblər.
Qeyd edək ki, yaxtanın ümumi dəyəri 600 milyon dollardır.