​Bəşəriyyətin məhv olacağı tarixi açıqladılar

​Bəşəriyyətin məhv olacağı tarixi
18:30 09.11.2022
199 Dünya
A- A+

"World One" superkompüteri bəşəriyyətin məhv olacağı tarixi açıqlayıb.

Bu barədə "The Daily Star" yazır.

Belə ki, 1970-ci illərdə Roma klubunun sifarişi ilə yaradılan maşının hesablamalarına görə, sivilizasiya 2050-ci ildə məhv olacaq. Dünyanın sonuna səbəb isə insanların fəaliyyəti, xüsusən də ətraf mühitin çirklənməsi və bunun mənfi nəticələri olacaq.

Proqnoza əsasən, hazırda gördüyümüz sivilizasiya təxminən 2040-cı ildən 2050-ci ilədək yoxa çıxacaq. Hətta "ekoloji təmiz" avtomobillərə keçid və əhali artımına ciddi nəzarət də vəziyyəti düzəldə bilməyəcək.

Xatırladaq ki, "World One" daha öncə verdiyi proqnozda 2020-ci ildə planetin vəziyyətinin "son dərəcə kritik" olacağını bildirmişdi.

Bundan başqa, klimatoloq Yohan Rokstrem xəbərdarlıq edib ki, 50 ildən az müddətdə temperaturun yüksəlməsi səbəbindən Braziliya, Hindistan, Afrika və Yaxın Şərqdən kütləvi mühacirət başlaya bilər. Alimin proqnozlarına görə, 2,4 dərəcə istiləşmə gözlənilməz, faciəvi nəticələrə səbəb olacaq və tamamilə yeni yaşayış şəraiti yaradacaq. Çox güman ki, planetin bir hissəsində artıq yaşayış olmayacaq.