​Uqandada Ebola virusundan ölənlərin sayı çoxalır

​Uqandada Ebola virusundan ölənlərin sayı
20:00 09.11.2022
A- A+

Uqandada Ebola virusundan ölənlərin sayı 53-ə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, xəstəlikdən indiyədək 62 nəfər sağalıb.

Bildirilib ki, ÜST Uqanda hökumətinə Ebola ilə mübarizədə yardım edir.