​Tovuzda zəncirvari avtomobil qəzası olub, iki nəfər xəsarət alıb

​Tovuzda zəncirvari avtomobil qəzası olub,
19:45 09.11.2022
195 Hadisə
A- A+

Tovuz rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə "ASAN Xidmət" Mərkəzinin yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində 1957-ci il təvəllüdlü T.Əmiraslanov və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.