​Puşkinin Xarkovdakı büstü sökülüb

​Puşkinin Xarkovdakı büstü
23:45 09.11.2022
A- A+

Rus şairi Aleksandr Puşkinin Ukraynanın Xarkov şəhərindəki büstü demontaj olunub.

Bu barədə Xarkov Şəhər Şurası məlumat yayıb.

Şəhər Şurasının rəhbərliyi bildirib ki, büst muzeyə təhvil veriləcək: “Bu sənət əsəri Ukrayna milli azadlıq hərəkatına aid sərginin eksponatları arasında yer ala bilər. Çünki büstün sökülməsinə hələ 1917-ci ildən əvvəl də təşəbbüs göstərilib.

Qeyd edək ki, Puşkinin Xarkovdakı büstü 1904-cü ildə, çar Rusiyası zamanında qoyulub.