​Peruda bələdiyyə binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

​Peruda bələdiyyə binası Azərbaycan bayrağının rəngləri ilə
09:15 10.11.2022
173 Siyasət
A- A+

Perunun paytaxtı Lima şəhərinin Miraflores rayonunun bələdiyyə binası Azərbaycan bayrağının rənglərinə bürünüb.

Bu barədə  Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanın Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunun bələdiyyə binası Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.