​"Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb

​
09:45 10.11.2022
218 İdman
A- A+

"Sabah" klubunun futbolçusu Aleksey Kaşuk Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.

Yarımmüdafiəçi noyabrın 19-da İsrail, noyabrın 21-də Gürcüstanla yoldaşlıq matçları üçün heyətdə yer alacaq.

Yığmanın 15 - 22 noyabrda Gürcüstanda təlim-məşq toplanışı planlaşdırılır.

Qeyd edək ki, Ukraynanın U-21 yığması 2023-cü ildə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Komanda B qrupunda Rumıniya, İspaniya və Xorvatiya ilə mübarizə aparacaq.