Yaponiyanın "Nissan" avtomobil konserni ABŞ-ın Missisipi ştatında yerləşən zavodunda istehsalı azaldacaq.
Məlumata əsasən, buna səbəb avtomobil ehtiyyat hissələri çatışmazlığıdır.
İstehsalın azalması nəticəsində "Titan" və "Frontier" pikap modellərinin və "Altima" sedanının istehsalı bir neçə gün dayandırılacaq.
Mənbə: Reuters