​Rusiya və İran arasında müqavilə imzalandı- İrandan RƏSMİ AÇIQLAMA

​Rusiya və İran arasında müqavilə imzalandı-
10:18 10.11.2022
174 Dünya
A- A+

Rusiyanın “Qazprom” şirkəti və İran arasında 4 milyard dollar dəyərində müqavilə imzalanıb.

Bu barədə İranın neft naziri Cəvad Ovci açıqlamasında deyib.

“Dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Qazprom” ilə təqribən 40 milyard dollarlıq bir razılıq memorandumu imzaladıq. Həmçinin, təbii qaz sahələrinin və təbii qaz ötürücü xətlərinin inkişafı da gündəmdədir və bu çərçivədə təqribən 4 milyard dollarlıq bir saziş imzaladıq”, - deyə o, bildirib.

Eyni zamanda o, Rusiya şirkətlərinin İrana sərmayə yatırdıqlarını da əlavə edib.

Mənbə: Fars News Agency