Rusiya ordusunun Xersondan çıxarılması ilə bağlı qərar qəbul edilib.
Bu qərar Rusiyanın Ukraynadakı qoşunlarının komandanı Sergey Surovkinin Rusiyanın müdafiə naziri Sergey Şoyquya təqdim etdiyi hesabatda qeyd olunub.
"Dnepir çayının sol sahilində müdafiə xətti qurmağı təklif edirik. Bu, asan bir qərar deyil, lakin biz bunu edəcəyik. həm əsgərlərimizin həyatını, həm də əsgərlərimizin döyüş qabiliyyətini xilas edək. Qoşunlarımızın manevrləri də ən qısa zamanda baş tutacaq" – Surovkin bildirib.
Şoyqu, “Qoşunların çıxarılmasına başlayın, silah və texnikanın daşınması üçün bütün təhlükəsizlik tədbirlərini həyata keçirin” - deyib.
Mənbə: rbc.ru