Rusiya prezidenti Vladimir Putinin gələn həftə İndoneziyanın Bali adasında keçiriləcək G20 Sammitində iştirak etməyəcək.
Bu barədə İndoneziyanın dənizçilik və investisiya məsələləri üzrə nazirinin mətbuat katibi Codi Mahardi məlumat verib.
"Putin gələn həftə Balidə keçiriləcək G20 liderlərinin görüşündə iştirak etməyəcək" - Mahardi bildirib.
G20 Sammitinin rəsmilərindən olan Luhut Binsar Pandjaitan deyib ki, sammitdə Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.
Mənbə: Ren.tv